
Bu mərkəz vasitəsi ilə 290,5 mln dollar məbləğində məhsul ixrac edilib
2017 –ci ilin iyun ayından 2019 –cu ilin dekabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 290,5 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirilib.
Fins.az xəbər verir ki,"İslahat icmalı"-nda qeyd olunub ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həm dövlət, həm də özəl qurumlar tərəfindən müxtəlif adda məhsullar xarici ölkələrə ixrac olunub. Bu məhsullara tikinti-sənaye, kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, ayaqqabı altlıqları, qiymətli külçələr, qlükoza və nişasta məhsulları, diş məcunu, nəmləndirici krem, şərab, samovar, dini təyinatlı ədəbiyyat, o cümlədən nadir heyvan növlərindən sayılan Dağıstan turu, timsah dərisindən hazırlanan saat, çanta, nərəcinsli balıqların əti və kürüsü aiddir.