Bu işçilərin əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyondan çox pul ödənilib

Bu işçilərin əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyondan çox pul ödənilib

BİZNES
792

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 mln. 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 mln. 637 min manat vəsaitin ayrılması icra olunub. Fins.az xəbər verir ki, Maliyyə Nazirliyi bu barədə məlumat yayımlayıb.
Məlumata görə Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 mln. manat ödənilib. 

Eyni zamanda ümumilikdə, qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 mln. 757 min manat həcmində vəsait ödənilib"-deyə məlumatda qeyd olunur

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu işçilərin əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyondan çox pul ödənilib — Fins.az — Fins.az