Bu ilin yanvar-sentyabr ayları ərzində 373.647 çıxarış verilib

Bu ilin yanvar-sentyabr ayları ərzində 373.647 çıxarış verilib

BİZNES
258

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur.

Fins.az xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 373.647 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,8% çoxdur. 2023-cü ilin 9 ayı üzrə göstəricinin 58.314-ü (15,6%) ilkin, 315.333-ü (84,4%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası

2023-cü ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 40.205-i fərdi yaşayış və bağ evi, 72.566-sı mənzil, 252.405-i torpaq sahəsi, 2.374-ü qeyri-yaşayış binası, 5.487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76.359-u Bakının, qalanı isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-sentyabr ayları ərzində 300.179 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,7% çoxdur. 2023-cü ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,6% artaraq 61.393 təşkil edib.

Məhəbbət Məmmədov
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ilin yanvar-sentyabr ayları ərzində 373.647 çıxarış verilib — Fins.az — Fins.az