Bu il Azərbaycana xlor idxalı 45% artıb

Bu il Azərbaycana xlor idxalı 45% artıb

BİZNES
540

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 136 ton miqdarında, 58 min ABŞ dolları dəyərində xlor idxal edilib.

Finss.az bu barədə Dövlət Statistika Komitəsi-nə istinadən məlumat verir.

Məlumata görə, xlor idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 34 ton və ya 33,3%, dəyər ifadəsi ilə 18 min ABŞ dolları, yaxud da 45% artıb.

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana idxal edilmiş xlorun miqdarı 102 ton, dəyəri isə 40 min ABŞ dolları idi.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana xlor Rusiya və İrandan idxal edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycana xlor idxalı 45% artıb — Fins.az — Fins.az