Brilyant qiymətləri mart ayında yenidən ucuzlaşıb

Brilyant qiymətləri mart ayında yenidən ucuzlaşıb

BİZNES
346

Fins.az - 2026-cı ilin mart ayında brilyant qiymətləri yenidən azalıb. Məlumata görə, 1 karatlıq brilyantlar üzrə indeks 1,7% enib.

Sahə üzrə göstəriciləri hesablayan Rapaport agentliyinin məlumatına əsasən, ilin əvvəlindən bu seqmentdə qiymətlər 4,2%, illik müqayisədə isə 13,2% aşağı düşüb.

Digər kateqoriyalarda da azalma qeydə alınıb. Belə ki, 0,3 və 0,5 karatlıq brilyantlar üzrə indekslər müvafiq olaraq 1,1% və 3,5% azalıb. 3 karatlıq brilyantlarda isə enmə 0,5% təşkil edib.

Ekspertlər bildirirlər ki, Yaxın Şərqdə davam edən münaqişə bazara əlavə təzyiq göstərib. Xüsusilə Dubaydakı almaz treyderlərinin satışları başqa regionlara yönləndirməsi və Hindistanda emalçıların xammala çıxışı ilə bağlı narahatlıqlar qiymətlərin aşağı düşməsinə təsir edən əsas amillər sırasındadır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brilyant qiymətləri mart ayında yenidən ucuzlaşıb — Fins.az — Fins.az