Brent markalı neftin bir barreli 68,77 dollara yüksəlib

Brent markalı neftin bir barreli 68,77 dollara yüksəlib

BİZNES
363

Finss.az xəbər verir ki, neft qiymətləri əvvəlki üç seansdakı enişdən sonra cümə axşamı günü yüksəlir.

Moskva vaxtı ilə saat 8:15-ə Londonun ICE Futures birjasında Brent markalı sentyabr fyuçerslərinin dəyəri bir barel üçün 68,77 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,26 dollar (0,36%) bahadır. Çərşənbə günü bu kontraktların qiyməti 0,19 dollar (0,28%) ucuzlaşaraq 68,52 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində avqust ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 0,38 dollar (0,57%) artaraq 66,76 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın sonunda bu kontraktların dəyəri 0,14 dollar (0,21%) azalaraq 66,38 dollar/barel olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent markalı neftin bir barreli 68,77 dollara yüksəlib — Fins.az — Fins.az