Braziliyada inflyasiya enerji qiymətlərinin artımı fonunda sürətlənib

Braziliyada inflyasiya enerji qiymətlərinin artımı fonunda sürətlənib

BİZNES
392

Fins.az - Braziliyada mart ayında inflyasiya enerji daşıyıcılarının bahalaşması fonunda sürətlənib.

Dövlət Statistika Agentliyinin (IBGE) məlumatına görə, istehlak qiymətləri aylıq ifadədə 0,88% artaraq fevraldakı 0,7%-lik göstəricini üstələyib. İllik inflyasiya isə 4,14% təşkil edib.

Analitiklərin proqnozları daha aşağı idi — aylıq 0,77% və illik 4% səviyyəsində artım gözlənilirdi.

Mart ayında nəqliyyat xidmətlərinin qiymətləri 1,64% artaraq əvvəlki ayla müqayisədə iki dəfədən çox yüksəlib. Bu artım əsasən enerji qiymətlərinin bahalaşması ilə bağlıdır.

Belə ki, benzinin qiyməti 4,59%, dizel yanacağının qiyməti isə 13,9% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Braziliyada inflyasiya enerji qiymətlərinin artımı fonunda sürətlənib — Fins.az — Fins.az