bp “Qarabağ” yatağını satellit model kimi inkişaf etdirməyi planlaşdırır

bp “Qarabağ” yatağını satellit model kimi inkişaf etdirməyi planlaşdırır

BİZNES
245

bp şirkəti Azərbaycanın “Qarabağ” yatağını satellit yataq modeli əsasında inkişaf etdirməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, şirkət hazırda yatağın işlənməsi istiqamətində mühəndislik işlərini davam etdirir və layihə üzrə investisiya prosesi aktiv mərhələdədir.

“Hazırda mühəndislik işləri aparılır, yekun investisiya qərarının isə gələn ilin ortalarına qədər qəbul edilməsi gözlənilir. Biz ‘Qarabağ’ yatağını satellit yataq kimi inkişaf etdirməyə çalışırıq. Bu yanaşma Xəzər regionunda mövcud infrastrukturdan istifadə etməklə yeni yataqların işlənməsinə imkan verəcək və mühüm mərhələ olacaq”, – deyə C. Kristofoli bildirib.

Qeyd edək ki, “Qarabağ” müqavilə sahəsi Bakıdan 120 km şərqdə, 150–200 metr dəniz dərinliyində yerləşir və “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Əşrəfi-Dan Ulduzu-Aypa” yataqlarına yaxın ərazidə yerləşir.

Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon tondan artıq neft təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
bp “Qarabağ” yatağını satellit model kimi inkişaf etdirməyi planlaşdırır — Fins.az — Fins.az