Böyük Qayıdışın növbəti mərhələsində yeni iqtisadi alətlər tətbiq olunacaq - Mikayıl Cabbarov

Böyük Qayıdışın növbəti mərhələsində yeni iqtisadi alətlər tətbiq olunacaq - Mikayıl Cabbarov

BİZNES
134

Fins.az - İqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində Böyük Qayıdışa dair İkinci Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan prioritet istiqamətlərdən danışıb.

Nazir bildirib ki, növbəti mərhələdə vergi, gömrük, sosial ödənişlər və kommunal xidmətlər üzrə tətbiq edilən güzəştlərin müddətinin uzadılması nəzərdə tutulur.

Mikayıl Cabbarov qeyd edib ki, proqram çərçivəsində yeni təşviq mexanizmlərinin tətbiqi, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və kredit faizlərinin subsidiyalaşdırılması əsas hədəflər sırasında yer alır.

Bununla yanaşı, geoloji tədqiqatların davam etdirilməsi və insan kapitalının gücləndirilməsi də prioritet istiqamətlər kimi müəyyənləşdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Qayıdışın növbəti mərhələsində yeni iqtisadi alətlər tətbiq olunacaq - Mikayıl Cabbarov — Fins.az — Fins.az