Böyük Britaniya “Deutsche Bank”ın bölməsini anti-Rusiya sanksiyalarını pozduğuna görə cərimələyib

Böyük Britaniya “Deutsche Bank”ın bölməsini anti-Rusiya sanksiyalarını pozduğuna görə cərimələyib

BİZNES
503

Fins.az - Office of Financial Sanctions Implementation Böyük Britaniyada fəaliyyət göstərən Deutsche Bankın London bölməsini anti-Rusiya sanksiyalarını pozduğuna görə 165 min funt sterlinq məbləğində cərimələyib.

Məlumata görə, bank 2022-ci ilin iyun və iyul aylarında müştəri adından Rusiyanın Okko xidmətinə iki ödəniş həyata keçirib. Köçürmələrin ümumi məbləği 635 min funt sterlinqdən çox olub.

Britaniya tərəfi bildirib ki, “Okko”nun sahibi olan Novye Vozmozhnosti həmin dövrdə sanksiya siyahısında yer alırdı.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Böyük Britaniya “Deutsche Bank”ın bölməsini anti-Rusiya sanksiyalarını pozduğuna görə cərimələyib — Fins.az — Fins.az