“Biznesə daxil olma” Yol Xəritəsi təqdim ediləcək

“Biznesə daxil olma” Yol Xəritəsi təqdim ediləcək

BİZNES
1,106

Sabah İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə daxil olma” Yol Xəritəsinin təqdimatı keçiriləcək.

"Fins.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, sənəd Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxil olma” işçi qrupunun növbəti iclasında təqdim olunacaq.

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxil olma” indikatoru üzrə Diaqnostika matrisası hazırlanıb, onun əsasında hesabatın həmin indikatorla bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsini Nazirlər Kabineti təsdiq edib.

İclasda Yol Xəritəsinin təqdimatı keçiriləcək, sənəddə qeyd olunan tədbirlərin icrası, eyni zamanda ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması üçün görülməli işlər barədə məlumatlar veriləcək, qarşıda duran vəzifələr müzakirə ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Biznesə daxil olma” Yol Xəritəsi təqdim ediləcək — Fins.az — Fins.az