Biznes mühitində fikir mübadiləsi və bilik paylaşımı əsas hədəfimizdir – Rüfət Nadirli

Biznes mühitində fikir mübadiləsi və bilik paylaşımı əsas hədəfimizdir – Rüfət Nadirli

BİZNES
355

"Biznes Mərkəzi Talks" - Fərqli baxış və yeni əməkdaşlıqlar

Fins.az - "Biznes Mərkəzi Klubu"nun yeni layihəsi olan “Biznes Mərkəzi Talks” platformasının ilk görüşü reallaşdı. Tədbir Ramazan ayına təsadüf etdiyindən, iftar süfrəsi ilə başladı. "Retro Şam" restoranında baş tutan tədbirdə “Biznes Mərkəzi Klubu”nun İdarə Heyətinin sədri Rüfət Nadirli açılış nitqi ilə çıxış etdi. O, çıxışı zamanı klubun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və gələcək planlar haqqında ətraflı məlumat verdi.

Daha sonra "Retro Şam" restoranının direktoru Vüqar Qaragözov çıxış edərək "Biznes Mərkəzi Klubu"nun maraqlı layihəsinə görə təşəkkür etdi, qonaq qismində yer alan sahibkarlara restoran barədə fikirlərini bölüşdü və hər bir iş adamına gələcək fəaliyyətinə uğurlar arzuladı.

Tədbirin spikeri Milli Məclisin deputatı Müşfiq Cəfərov oldu. Görüş zamanı “Şirkətlərin maliyyə və kadr siyasəti” mövzusu ətrafında geniş müzakirələr aparıldı. İştirakçılar şirkətlərin maliyyə idarəetməsi, effektiv kadr siyasətinin qurulması, biznes strategiyalarının formalaşdırılması və real biznes təcrübələri barədə dəyərli fikirlər əldə etdilər.

Xüsusilə tədbirin təşkilində göstərdiyi dəstəyə görə “Sayman Consulting” şirkətinin təsisçisi və direktoru Lalə Əsgərovaya təşəkkürümüzü bildiririk.

Tədbir eyni zamanda sahibkarlar, şirkət rəhbərləri və menecerlər üçün networking və yeni əməkdaşlıq imkanları yaratdı.

"Biznes Mərkəzi Klubu" olaraq məqsədimiz biznes mühitində fikir mübadiləsini, bilik paylaşımını və yeni əməkdaşlıqları təşviq edən platformalar yaratmaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...