
Bill Akman 5 milyard dollarlıq IPO ilə iki şirkəti birjaya çıxarıb
Fins.az - Məşhur investor Bill Akman ümumi dəyəri 5 milyard dollar olan IPO çərçivəsində iki şirkəti birjaya çıxarıb.
Söhbət Pershing Square USA (PSUS) və Pershing Square Inc. (PSI) şirkətlərindən gedir. Məlumata görə, bu şirkətlərin səhmləri 29 aprel tarixindən etibarən Nyu-York Fond Birjasında ticarətə buraxılacaq, IPO üzrə hesablaşmaların isə 30 apreldə tamamlanması gözlənilir.
Bildirilir ki, səhmlərə tələb təklifdən xeyli yüksək olub və yerləşdirilən kağızların təxminən 85 faizi institusional investorlar tərəfindən alınıb.
Ümumi 5 milyard dollarlıq IPO məbləğinə əvvəlcədən elan olunmuş 2,8 milyard dollarlıq özəl yerləşdirmə də daxildir.