Biləsuvarda rekord pambıq yığımı: 24 min ton məhsul toplanıb

Biləsuvarda rekord pambıq yığımı: 24 min ton məhsul toplanıb

BİZNES
183

Finss.az - Biləsuvarda 2024-cü ildə əlverişsiz hava şəraitinə baxmayaraq, tarlalardan rekord səviyyədə pambıq yığılıb. 7 min hektar ərazidən 24 min 400 tona yaxın məhsul toplanaraq emal müəssisələrinə təhvil verilib. Məhsuldarlığın orta göstəricisi 34 sentnerdən çox olub, bəzi fermerlər isə hektardan 60 sentnerə qədər məhsul əldə ediblər.

Fermer Ramil Mirzəyev su təminatının yaxşılaşacağı təqdirdə, gələcəkdə daha geniş sahələrdə pambıq əkməyi planlaşdırdığını bildirib.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, pambıq yığımı keçən illə müqayisədə 7 sentner artaraq 35,18 sentnerə çatıb. Yığılan pambığın 92,6 faizi maşınla yığılıb və 1-ci növ kimi qəbul edilib, bu da keçən ildən 4 faiz çoxdur. Pambıq məhsuluna görə subsidiyalar və alıcılıq qiymətləri də təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Biləsuvarda rekord pambıq yığımı: 24 min ton məhsul toplanıb — Fins.az — Fins.az