Balaxanı Sənaye Parkında 2017–2026-cı illərdə 416 milyon manatlıq məhsul istehsal edilib - Orxan Cabbarov

Balaxanı Sənaye Parkında 2017–2026-cı illərdə 416 milyon manatlıq məhsul istehsal edilib - Orxan Cabbarov

BİZNES
188

Fins.az - Balaxanı Sənaye Parkı 2017-ci ildən fəaliyyət göstərir və parkın inkişafına ümumilikdə 57 milyon manat investisiya qoyulub.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarov bildirib ki, parkın rezident müəssisələri həmin dövr ərzində ümumi dəyəri 416 milyon manat olan məhsul istehsal edib.

Onun sözlərinə görə, təkara emalla istehsal edilən məhsulun 32 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac olunub. Parkda işlənmiş mühərrik və qida yağlarının təkrar emalı həyata keçirilir və dövlət tərəfindən tullantıların düzgün idarə olunmasına dəstək verilir. Rezidentlər əlavə dəyər vergisindən, torpaq vergisindən və istehsal üçün gətirilən avadanlıqlara görə gömrük rüsumlarından azad edilirlər.

Orxan Cabbarov qeyd edib ki, tullantıların düzgün idarə olunması dayanıqlı şəhər modelinin formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır və parkın fəaliyyəti həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli nəticələr verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Balaxanı Sənaye Parkında 2017–2026-cı illərdə 416 milyon manatlıq məhsul istehsal edilib - Orxan Cabbarov — Fins.az — Fins.az