
Bakının restoranlarının dövriyyəsi nə qədər olub?-MƏBLƏĞ
Bu ilin yanvar-mart aylarında Bakının ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,2% azalaraq 187,8 mln. manat olub.
Bakı Şəhər Statistika İdarəsinin verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55%-i hüquqi şəxs statuslu müəssisələrin, 45%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18,9% artaraq 104,4 mln. manat təşkil edib.