
Bakıda orta aylıq nominal əməkhaqqı artıb
2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1381 manat olub.
Fins.az Bakı şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 8,6 faiz artım göstərib.
Ölkə üzrə ilkin statistikaya əsasən, 2025-ci ildə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1102,9 manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 9,3 faiz çoxdur. Sektorlar üzrə nəzərə alındıqda, neft-qaz sahəsində əməkhaqqı 3938,6 manat, qeyri-neft-qaz sektorunda isə 1050,7 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 1080,8 manat, özəl müəssisələrdə isə 1124,4 manat təşkil edib.
Fuad Mədətov
Fins.az