Bakıda ödənişli xidmətlərin dəyəri artıb

Bakıda ödənişli xidmətlərin dəyəri artıb

BİZNES
475

2026-cı ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 739,7 milyon manat təşkil edib.

Fins.az Bakı şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə real ifadədə 9,7 faiz çoxdur.

Hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən xidmətlərin dəyəri 636,5 milyon manat olub ki, bu da xidmətlərin ümumi dəyərinin 86,1 faizini təşkil edib.

Ölkə üzrə isə 2026-cı ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 milyard 264,1 milyon manat olub ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 faiz artım göstərir. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin dəyəri isə 954,7 milyon manat təşkil edib və bu, ölkə üzrə xidmətlərin 75,5 faizini əhatə edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda ödənişli xidmətlərin dəyəri artıb — Fins.az — Fins.az