Bakıda IsDB İllik Toplantısı: yeni sazişlərin imzalanması gözlənilir

Bakıda IsDB İllik Toplantısı: yeni sazişlərin imzalanması gözlənilir

BİZNES
385

Fins.az - Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun (IsDB) İllik Toplantısı çərçivəsində əlavə saziş və müqavilələrin imzalanması planlaşdırılır.

Bu barədə IsDB Qrupunun Biznes Forumu (THIQAH) çərçivəsində keçirilən hazırlıq təqdimatında əlaqələr və tədbirlərin idarə olunması şöbəsinin meneceri Sahal Əl-Mərvai məlumat verib.

Onun sözlərinə görə, Özəl Sektor Forumu (PSF) təcrübə mübadiləsi, uğurlu nümunələrin paylaşılması və yeni investisiya imkanlarının yaradılması üçün əsas platformalardan biridir.

Forum həmçinin:

  • investisiyaların təşviqi,

  • B2B və B2G görüşlərin təşkili,

  • IsDB Qrupunun məhsul və xidmətlərinin təqdimatı,

  • qlobal iqtisadi çağırışların müzakirəsi kimi istiqamətləri əhatə edir.

Tədbir çərçivəsində 4 gün ərzində panel müzakirələri, sessiyalar və ölkələr üzrə təqdimatlar keçiriləcək. Bu format müxtəlif ölkələrin investisiya imkanlarının birbaşa tanıdılmasına şərait yaradacaq.

Məlumata görə, forumda Efiopiya da iştirak edərək öz layihələrini və investisiya imkanlarını təqdim edəcək.

Forumun əsas hədəflərindən biri Azərbaycanda investisiya mühitinin genişləndirilməsi və yeni tərəfdaşlıqların formalaşdırılmasıdır. Bu baxımdan tədbirin Bakıda keçirilməsi regional əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda IsDB İllik Toplantısı: yeni sazişlərin imzalanması gözlənilir — Fins.az — Fins.az