Bakı sənayesində istehsal və xidmətlər 46 milyard manat təşkil edib

Bakı sənayesində istehsal və xidmətlər 46 milyard manat təşkil edib

BİZNES
225

2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 46 milyard manat olub.

Finss.az Bakı şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə sənaye məhsulunun 72,8%-i mədənçıxarma, 23,5%-i emal, 2,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,1% təşkil edib. Ümumilikdə istehsalın 88,7%-i məhsulların istehsalına, 11,3%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsinə düşüb. İstehsal olunan məhsulun böyük hissəsi istehlakçılara göndərilib, ancaq əvvəlki dövrlərdə yaranmış ehtiyatlar nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında dekabrın 1-nə 413,8 milyon manatlıq hazır məhsul ehtiyatı qalıb. Bundan əlavə, anbarlarda satış üçün nəzərdə tutulmuş 48 milyon manatlıq digər məhsullar da mövcud olub.

Ümumilikdə ölkə üzrə sənaye müəssisələri və sənayədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-noyabr aylarında 57,5 milyard manatlıq sənaye məhsulu istehsal olunub ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1% azdır. Neft-qaz sektorunda məhsul istehsalı 2,1% azalarkən, qeyri-neft-qaz sektorunda 4,8% artım qeydə alınıb. Sənaye məhsulunun 60,6%-i mədənçıxarma, 33%-i emal, 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı sənayesində istehsal və xidmətlər 46 milyard manat təşkil edib — Fins.az — Fins.az