Bakı Ayaqqabı Fabrikinin rəhbərliyi dəyişdirilib

Bakı Ayaqqabı Fabrikinin rəhbərliyi dəyişdirilib

BİZNES
1,563

“Bakı Ayaqqabı Fabriki” ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşov vəzifəsindən azad edilib.

Fins.az xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik onun keçmiş direktoru Həsənəli Şahverdiyevə həvalə olunub.

"Bakı Ayaqqabı Fabriki" 2018-ci ildən fəaliyyət göstərən "ASK Ayaqqabı Fabriki" MMC-nin bazasında yaradılıb və "Azərbaycan Sənaye Korporasiyası" ASC-ə məxsus olub. Onun nizamnamə kapitalı 7 851 794 manatdır. Şirkəti ötən ilin dekabr ayında “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC özəlləşdirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Ayaqqabı Fabrikinin rəhbərliyi dəyişdirilib — Fins.az — Fins.az