
Babayevlərə məxsus şirkətin sahibləri yığıncaq keçirəcək
12 iyun 2020-ci il tarixində İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Fins.az ASC-nin elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.
2. Cəmiyyətin 2019- cu maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2019-cu il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi.
3. Təşkilati məsələ (müşahidə şurası üzvlərinin tərkibinə baxılması və müfəttişin yenidən seçilməsi).
4. Sair məsələlər.
Ümumi yıgıncağın gündəliyinin materialları ilə tanışlıq üçün 2020-ci il iyunun 1-dən sonra cəmiyyətin direktoruna müraciət etmək olar.
Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Olimpiya küçəsi 6 nömrəli ünvanda keçiriləcəkdir.
"Gənclik" ASC 5 fiziki şəxsə (Babayev Kamal Ələkbər oğlu (41,81 ), Babayev Tahir Kamal oğlu (20,85%), Babayeva Rəna Kamal qızı (15,00 ) və Əsədulla Çingiz Rauf oğlu (20,85 %)) məxsusdur.
"Gənclik" ASC 2015-2018-ci illərdə hər il zərər açıqlamışdı