AZPROMO və "Alibaba.com" Anlaşma Memorandumu imzalayıb

AZPROMO və "Alibaba.com" Anlaşma Memorandumu imzalayıb

BİZNES
319

Bakıda Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə "Alibaba.com" arasında anlaşma memorandumu imzalanıb.

Fins.az xəbər verir ki, sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və "Alibaba" Qlobal Strateji Tərəfdaşlığın rəhbəri Tim Sonq imzalayıblar.

AZPROMO ilə “Alibaba.com” arasında imzalanmış anlaşma memorandumu "Made in Azerbaijan" brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışını təmin edəcək.

Bu gün, həmçinin "NB Holding" ilə "Alibaba.com" arasında da anlaşma memorandumu imzalanıb. Memorandumu "NB Holding"in təsisçisi Ruslan Eyyubov və "Alibaba.com"un Qlobal Strateji Tərəfdaşlığın rəhbəri Tim Sonq imzalayıblar.

Qeyd edək ki, imzalanma bu gün "Azərbaycanda icra olunacaq layihəyə dair KOB subyektlərinin iştirakı ilə keçirilən seminar" çərçivəsində baş tutub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AZPROMO və "Alibaba.com" Anlaşma Memorandumu imzalayıb — Fins.az — Fins.az