"Azexport" portalına daxil olan ixrac sifarişləri 26%-dək artıb

"Azexport" portalına daxil olan ixrac sifarişləri 26%-dək artıb

BİZNES
390

Bu ilin yanvar-mart aylarında Azexport.az portalına 132,6 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Fins.az"-a verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1% artıb.
Martda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 48,7 mln. dollar təşkil edib ki, bu da fevral ayının göstəricisindən 25,8% çoxdur. 2022-ci ilin mart ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində toyuq tibbi tənzif, zəli, tikinti materialları, tütün, buğda unu, qarğıdalı yağı, günəbaxan yağı, kartof, çiyələk və s. məhsullar üstünlük təşkil edib.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Azexport" portalına daxil olan ixrac sifarişləri 26%-dək artıb — Fins.az — Fins.az