“Azərlotereya” mart ayında 11 böyük uduş təqdim edib

“Azərlotereya” mart ayında 11 böyük uduş təqdim edib

BİZNES
877

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin təşkil etdiyi “Poz-Qazan” lotereyaları üzrə mart ayında ümumilikdə 9 böyük uduş qazanılıb.

Fins.az xəbər verir ki, onlardan “Zümrüd” ani lotereyasında böyük uduş - 100 000 və 10 000, “Tap, Qazan”,eləcə də “Qızıl” lotereyasında isə 25 000 manat qazanılıb.

Mart ayı üzrə “Şans ulduzu” lotereyasında 50 000 və 10 000 manat, “Şans Yağışı”nda 2 dəfə, “Ani 50”də isə 1 dəfə 10 000 manat udulub.

Böyük uduşlu biletlər Bakı, Sumqayıt, Naxçıvan, Füzuli, Xaçmaz, İmişli, Şirvan, Salyan və Zaqatala şəhərlərindən alınaraq şanslı qaliblərinə qovuşub.

“Ekspres Keno” virtual lotereyasında da 2 böyük uduş - 100 000 və 10 000 manat sahiblərini tapıb.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereya oyunlarında 25 000-dən 1 000 000 manatadək böyük uduşlar və cekpot mükafatları şanslı qaliblərin yolunu gözləyir. Lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Misli” məntəqələrindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərlotereya” mart ayında 11 böyük uduş təqdim edib — Fins.az — Fins.az