
“Azərkosmos” “HorizonSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
“Azərkosmos” Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya, internet və peyk xidmətləri üzrə daha bir aparıcı provayderi olan “HorizonSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Fins.az xəbər verir ki, bu barədə Azercosmos məlumat yayımlayıb
Məlumata görə, bu əməkdaşlığa əsasən “HorizonSat” şirkəti müştərilərinə Yaxın Şərq və Şimali Afrika regionunda “Azerspace-1” peyki vasitəsilə data xidmətləri təqdim edəcək.
Qeyd edək ki, “HorizonSat” şirkəti “Azerspace-1” peykinin C-diapazonu ilə özünün teleportları üzərindən daha çox müştəriyə xidmət göstərə biləcək.
Müəllif:Aynur Qəniyeva