
"Azərkosmos" Dünya Teleport Assosiasiyasının "Tier4" sertifikatını əldə edib
"Azərkosmos" ASC-nin Bakıda fəaliyyət göstərən teleportu Dünya Teleport
Assosiasiyasının "Sertifikatlaşdırma proqramı"ı üzrə bütün mərhələləri uğurla tamamlayaraq "Tier4" uyğunluq sertifikatını əldə edib.
ASC-dən verilən məlumata görə, "Tier4" sertifikatına malik olan şirkətlər təqdim etdiyi teleport xidmətləri, texniki infrastruktur və iş prosesinin etibarlılığına və təhlükəsizliyinə 99,9% təminat verir.
"Azərkosmos"a məxsus teleportun resursları "Azerspace-1", "Azerspace-2" və "Azersky" peykləri ilə yanaşı, digər peyk operatorlarının peyklərindən və fiber-optik şəbəkə üzərindən gələn siqnalları qəbul etməyə imkan verir.
© APA