Azərbaycan–Yunanıstan ticarət dövriyyəsi 15% artıb

Azərbaycan–Yunanıstan ticarət dövriyyəsi 15% artıb

BİZNES
262

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan ilə Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi 361,1 milyon ABŞ dolları təşkil edib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,2 milyon ABŞ dolları və ya 15% çoxdur.

Hesabat dövründə Yunanıstanla ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 2,08%-ni təşkil edib.

Bu ilin ilk dörd ayında Azərbaycan Yunanıstana 336,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 42,5 milyon ABŞ dolları və ya 14,4% artım deməkdir.

Eyni zamanda, yanvar-aprel aylarında Yunanıstandan Azərbaycana idxalın həcmi təxminən 24,5 milyon ABŞ dolları olub. Bu göstərici illik müqayisədə 4,7 milyon ABŞ dolları və ya 23,7% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Yunanıstan ticarət dövriyyəsi 15% artıb — Fins.az — Fins.az