
Azərbaycan–Ukrayna ticarət dövriyyəsi 114,758 milyon dollar olub
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanla Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 114,758 milyon ABŞ dolları təşkil edib.
Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 milyon ABŞ dolları və ya 3% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan Ukraynaya 45,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 milyon ABŞ dolları və ya təxminən 14,5% azdır.
İxracın 42,7 milyon ABŞ dolları həcmində olan hissəsi qeyri-neft məhsullarının payına düşüb. Bu göstərici ötən ilin ilk üç ayı ilə müqayisədə 8,3 milyon ABŞ dolları və ya 16,3% azalma ilə xarakterizə olunur. Eyni zamanda, Ukraynaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi qeyri-neft ixracında 4,96% paya malik olub və bu ölkə Azərbaycanın qeyri-neft ixracı üzrə 5-ci əsas tərəfdaşı kimi qərarlaşıb.
Dövr ərzində Ukraynadan Azərbaycana 69,013 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon ABŞ dolları və ya 6,5% artım deməkdir.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞ dolları və ya 21,9% azalma deməkdir.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 984 milyon ABŞ dolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya 29,3% azalıb.
Nəticədə, xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 675 milyon ABŞ dolları və ya 1,9 dəfə artım deməkdir.