Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 1,3 milyard dollar olub

Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 1,3 milyard dollar olub

BİZNES
321

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 1,309 milyard ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 121,5 milyon ABŞ dolları və ya 8,5% azdır.

Məlumata əsasən, Türkiyə hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 2-ci yerdə qərarlaşıb və ümumi ticarət dövriyyəsində 13,91% paya malik olub.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 785,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ötən illə müqayisədə 6,1% azalma deməkdir.

Eyni zamanda, Türkiyəyə 25,9 milyon ABŞ dolları dəyərində 56 031 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub. Bu göstərici dəyər ifadəsində 2,2 dəfə, həcm baxımından isə 2,3 dəfə artım göstərib.

Qeyri-neft məhsulları üzrə ixrac isə 139,9 milyon ABŞ dolları təşkil edib və 4,2% artım qeydə alınıb. Türkiyə Azərbaycanın qeyri-neft məhsullarının ixracında 16,24% payla 2-ci yerdədir.

Hesabat dövründə Türkiyədən Azərbaycana 522,9 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da 11,8% azalma deməkdir.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları təşkil edib. İxrac 5,402 milyard, idxal isə 4,005 milyard ABŞ dolları olub. Xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo yaranıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 1,3 milyard dollar olub — Fins.az — Fins.az