Azərbaycan–Qazaxıstan arasında turizm bazarında yeni investisiya təşəbbüsü reallaşıb

Azərbaycan–Qazaxıstan arasında turizm bazarında yeni investisiya təşəbbüsü reallaşıb

BİZNES
234

Qazaxıstan və Azərbaycan birgə “TurAn” turoperatorunu təsis ediblər

Bakıda Qazaxıstan və Azərbaycan arasında birgə “TourAN” (TourAN) turoperatorunun rəsmi təsis edilməsi mərasimi keçirilib.

Fins.az xəbər verir ki, yeni layihə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib. Turoperator təşəbbüsü “Discover Jetisu” (Qazaxıstan) və “Smile Azerbaijan Tour” MMC (Azərbaycan) tərəfindən irəli sürülüb. Təsis sənədləri Qazaxıstanın Azərbaycandakı Səfirliyində imzalanıb.

Yeni şirkətin nizamnamə kapitalı 100 min ABŞ dolları təşkil edir və tərəflər arasında bərabər şəkildə bölünüb. “TourAN” ekoturizm, mədəni və qastronomik turlar, eləcə də tibbi və işgüzar turizm daxil olmaqla geniş xidmətlər təqdim edəcək.

Alim Bayel layihənin iki ölkə arasında turizm əməkdaşlığını daha da gücləndirəcəyini və regionun vahid turizm məkanı kimi beynəlxalq cəlbediciliyini artıracağını bildirib. Onun sözlərinə görə, son illərdə qarşılıqlı turist axınında müsbət dinamika müşahidə olunur.

Qeyd edilib ki, 2024–2025-ci illərdə turizm sahəsində əməkdaşlığın inkişafı məqsədilə iki Qazaxıstan-Azərbaycan turizm forumu təşkil olunub, üçüncü forumun isə 2026-cı ildə Türkistanda keçirilməsi planlaşdırılır.

Hazırda iki ölkə arasında 30-dan çox həftəlik reys həyata keçirilir və “TourAN”ın yaradılması turizm bazarında investisiya fəallığının artmasına və birgə məhsulların formalaşmasına töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Qazaxıstan arasında turizm bazarında yeni investisiya təşəbbüsü reallaşıb — Fins.az — Fins.az