Azərbaycan–Qazaxıstan ticarəti 65,6 milyon dollar olub

Azərbaycan–Qazaxıstan ticarəti 65,6 milyon dollar olub

BİZNES
249

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ilə Qazaxıstan arasında ticarət əməliyyatlarının ümumi həcmi 65,6 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon ABŞ dolları və ya 8,8% azdır.

Hesabat dövründə Qazaxıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,05%-ni təşkil edib.

İxracda artım

Bu ilin ilk iki ayında Azərbaycandan Qazaxıstana 24,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 milyon ABŞ dolları və ya təxminən 2 dəfə çoxdur.

İxracın 24,1 milyon ABŞ dollarını qeyri-neft məhsulları təşkil edib. Azərbaycanın qeyri-neft ixracında Qazaxıstan 4,15% payla 7-ci yerdə qərarlaşıb. Qeyri-neft məhsullarının ixracı da illik müqayisədə 12,1 milyon ABŞ dolları və ya 2 dəfə artıb.

İdxalda azalma

Hesabat dövründə Azərbaycan Qazaxıstandan 41,3 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 milyon ABŞ dolları və ya 30,9% azalma deməkdir.

Ümumi xarici ticarət göstəriciləri

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları və ya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın, 2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,101 milyard ABŞ dolları və ya 23,1%, idxal isə 1,539 milyard ABŞ dolları və ya 1,6 dəfə azalıb.

Nəticədə xarici ticarətdə 1,066 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 438 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Qazaxıstan ticarəti 65,6 milyon dollar olub — Fins.az — Fins.az