Azərbaycan–İran ticarət dövriyyəsi 644,1 milyon dollar olub

Azərbaycan–İran ticarət dövriyyəsi 644,1 milyon dollar olub

BİZNES
370

2025-ci ildə Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 644,1 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3 milyon ABŞ dolları və ya 0,5% azdır. Hesabat dövründə İranla ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,3%-i səviyyəsində olub.

Ötən il Azərbaycandan İrana 20 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü illə müqayisədə 6 milyon dollar və ya 42,9% artım deməkdir.

Eyni zamanda, İrandan Azərbaycana ixracın həcmi 624,1 milyon ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 9 milyon dollar və ya 1,4% azalıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,810 milyard dollar və ya 3,8% artım deməkdir.

Hesabat dövründə ixrac 25,043 milyard dollar, idxal isə 24,380 milyard dollar olub. Son bir ildə ixrac 1,5 milyard dollar (5,7%) azalıb, idxal isə 3,322 milyard dollar (15,8%) artıb.

Nəticədə, xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da əvvəlki illə müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–İran ticarət dövriyyəsi 644,1 milyon dollar olub — Fins.az — Fins.az