Azərbaycan Gürcüstana elektrik enerjisi ixracından 2,6 milyon dollar gəlir əldə olunub

Azərbaycan Gürcüstana elektrik enerjisi ixracından 2,6 milyon dollar gəlir əldə olunub

BİZNES
260

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycandan Gürcüstana 45,197 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ixracdan əldə olunan gəlir 2,576 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 228,4 milyon kVt/saat və ya 6 dəfə, dəyər ifadəsində isə 13,018 milyon ABŞ dolları və ya 6 dəfə azalıb.

Eyni zamanda, 2026-cı ilin ilk iki ayında Gürcüstandan Azərbaycana 1,2 min ABŞ dolları dəyərində 18 min kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 21 min ABŞ dolları və ya 18,7 dəfə, həcm baxımından isə 327 min kVt/saat və ya 19,2 dəfə azalma ilə qeydə alınıb.

Hesabat dövründə Azərbaycandan ümumilikdə üç ölkəyə — Rusiya, Gürcüstan və İran İslam Respublikasına 3,923 milyon ABŞ dolları dəyərində 72,208 milyon kVt/saat elektrik enerjisi ixrac olunub. Bu göstərici illik müqayisədə dəyər ifadəsində 12,4 milyon ABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 224 milyon kVt/saat və ya 4,1 dəfə azalıb.

Bununla yanaşı, 2026-cı ilin yanvar–fevral aylarında Azərbaycan sözügedən ölkələrdən 619 min ABŞ dolları dəyərində 16,452 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 min ABŞ dolları və ya 6,5% artım, həcm ifadəsində isə 2,6 milyon kVt/saat və ya 13,6% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Gürcüstana elektrik enerjisi ixracından 2,6 milyon dollar gəlir əldə olunub — Fins.az — Fins.az