Azərbaycanlılar bu ölkədə 2 ayda 189 ev alıblar

Azərbaycanlılar bu ölkədə 2 ayda 189 ev alıblar

BİZNES
749

Bu ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədən 90 mənzil alıb.

 

Bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Rəqəmlərin müqayisəsi göstərir ki, ötən ilin fevral ayı ilə müqayisədə ötən ay Türkiyədə ev alan azərbaycanlıların sayı 14,3% azalıb. Bu ilin yanvar ayı ilə müqayisədə isə ev alanların sayında 9,1% azalma müşahidə olunub.

Məlumata əsasən, yanvar-fevral ayı ərzində azərbaycanlılar tərəfindən cəmi 189 ev alınıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,5% azdır.

Türkiyədən ev alan xarici vətəndaşların siyahısında Azərbaycan 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu ilin ilk iki ayı ərzində əcnəbilər tərəfindən Türkiyədən cəmi 7 993 ev alınıb. Ev alan əcnəbilərin siyahısında ilk üçlükdə İraq (1 430 ev), İran (1 399 ev) və Rusiya (536 ev) vətəndaşları yer alıb.

© APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanlılar bu ölkədə 2 ayda 189 ev alıblar — Fins.az — Fins.az