Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 746,8 milyon dollar olub

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 746,8 milyon dollar olub

BİZNES
260

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan ilə Rusiya arasında ticarət əməliyyatlarının həcmi 746,780 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 684,7 milyon ABŞ dolları və ya 47,8% azdır.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarətinin 7,94%-ni təşkil edib. Bununla da Rusiya ölkənin ən çox ticarət apardığı tərəfdaşlar arasında 4-cü yerdə qərarlaşıb.

Bu ilin ilk üç ayında Azərbaycandan Rusiyaya 223,7 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 4,3% azalma deməkdir.

İxracın əsas hissəsini qeyri-neft məhsulları təşkil edib – 211,6 milyon dollar. Qeyri-neft ixracında Rusiya 24,55% payla birinci yerdə qərarlaşıb. Bununla belə, bu seqment üzrə də 9,1% azalma qeydə alınıb.

Hesabat dövründə Azərbaycandan Rusiyaya idxal isə daha kəskin azalıb. Belə ki, ölkə Rusiyadan 523,033 milyon ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azdır.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 21,9% azalma deməkdir.

Xarici ticarətin 5,402 milyard dolları ixracın, 4,005 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 15,4%, idxal isə 29,3% azalıb.

Nəticədə ölkənin xarici ticarət balansında 1,398 milyard dollarlıq müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 1,9 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 746,8 milyon dollar olub — Fins.az — Fins.az