Azərbaycan–İran ticarət dövriyyəsi artıb

Azərbaycan–İran ticarət dövriyyəsi artıb

BİZNES
347

2026-cı ilin yanvar–mart aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 169,5 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 milyon ABŞ dolları və ya 7,9% artım deməkdir.

Məlumata əsasən, hesabat dövründə Azərbaycandan İrana 2,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 2,1 milyon ABŞ dolları və ya təxminən 1,7 dəfə azalma deməkdir.

Eyni zamanda, Azərbaycana İrandan 166,7 milyon ABŞ dolları dəyərində idxal həyata keçirilib və bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,4 milyon ABŞ dolları və ya 9,5% artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları təşkil edib və bu göstərici illik müqayisədə 21,9% azalma nümayiş etdirib.

Xarici ticarətin 5,402 milyard dolları ixracın, 4,005 milyard dolları isə idxalın payına düşüb. Nəticədə 1,398 milyard dollarlıq müsbət ticarət saldosu formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–İran ticarət dövriyyəsi artıb — Fins.az — Fins.az