Azərbaycanın Serbiyaya təbii qaz ixracı 33,7 milyon dollar təşkil edib

Azərbaycanın Serbiyaya təbii qaz ixracı 33,7 milyon dollar təşkil edib

BİZNES
169

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Serbiyaya 33,745 milyon ABŞ dolları dəyərində 88,996 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,8 milyon ABŞ dolları və ya 27,4%, fiziki həcm baxımından isə 5,7 milyon kubmetr və ya 6,1% azalma deməkdir.

Məlumata görə, ümumilikdə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14,6% azalsa da, həcm baxımından 6,1% artım nümayiş etdirib.

Eyni dövrdə Azərbaycan yalnız bir ölkədən – İran İslam Respublikasından təbii qaz idxal edib. İdxalın həcmi 134,3 milyon kubmetr, dəyəri isə 9,041 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə həm dəyər, həm də həcm baxımından azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Serbiyaya təbii qaz ixracı 33,7 milyon dollar təşkil edib — Fins.az — Fins.az