Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 467,2 milyon dollar olub

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 467,2 milyon dollar olub

BİZNES
297

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) 57,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 milyon ABŞ dolları və ya 50,7% çoxdur.

Məlumata əsasən, hesabat dövründə Azərbaycan ilə ABŞ arasında ümumi ticarət dövriyyəsi 467,192 milyon ABŞ dolları təşkil edib. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 126,5 milyon ABŞ dolları və ya 21,3% azalma deməkdir.

Yanvar-iyun aylarında ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,89%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycan ABŞ-dan 341,5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 145,8 milyon ABŞ dolları və ya 26,2% azdır.

Ümumilikdə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 24 milyard 661 milyon ABŞ dollarına çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1% çoxdur.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dollarını ixrac, 8 milyard 341 milyon ABŞ dollarını isə idxal təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 3,442 milyard ABŞ dolları və ya 26,7% artıb, idxal isə 3,181 milyard ABŞ dolları və ya 27,6% azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 7 milyard 979 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 6,623 milyard ABŞ dolları və ya 5,9 dəfə çox olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 467,2 milyon dollar olub — Fins.az — Fins.az