
Azərbaycanın xarici ticarətində müsbət saldo 7,98 milyard dollara çatıb
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ixrac 16,32 milyard ABŞ dolları, idxal isə 8,341 milyard ABŞ dolları olub. Nəticədə ölkənin xarici ticarətində 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.
İlk altı ayda Azərbaycan 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton xam neft, 4,105 milyard ABŞ dolları dəyərində isə 12,431 milyard kubmetr təbii qaz ixrac edib. Eyni zamanda, qeyri-neft məhsullarının ixracı 5,548 milyard ABŞ dollarına çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə artıb.