Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ay kəskin artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ay kəskin artıb

BİZNES
1,039

Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayı ilə müqayisədə 23,8% artaraq 2 851,12 mln. ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 2 130,21 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 720,91 mln. dollar olub. Nəticədə, 1 409,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5,5 artıb, ixrac 66,5% artıb, idxal isə 29,5% azalıb.

©Apa

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ay kəskin artıb — Fins.az — Fins.az