Azərbaycanın xarici ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları təşkil edib

Azərbaycanın xarici ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları təşkil edib

BİZNES
275

Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ölkələrlə həyata keçirdiyi ticarət əməliyyatlarının həcmi 9,407 milyard ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard dollar və ya 21,9 faiz azalma deməkdir.

Məlumata əsasən, xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir il ərzində ixrac 984 milyon dollar və ya 15,4 faiz, idxal isə 1,658 milyard dollar və ya 29,3 faiz azalıb.

Nəticədə xarici ticarət balansında 1,398 milyard dollarlıq müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın xarici ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları təşkil edib — Fins.az — Fins.az