Azərbaycanın xarici ticarət dövriyyəsi 24,7 milyard dolları ötüb

Azərbaycanın xarici ticarət dövriyyəsi 24,7 milyard dolları ötüb

BİZNES
192

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1% artıb.

Hesabat dövründə ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Komitənin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,442 milyard ABŞ dolları və ya 26,7% artıb. İdxalın həcmi isə 3,181 milyard ABŞ dolları və ya 27,6% azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton xam neft və bitumlu süxurlardan əldə edilən neft məhsulları ixrac olunub.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8%, həcm ifadəsində isə 1,921 milyon ton və ya 15,9% azalıb.

Hesabat dövründə Azərbaycan 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr təbii qaz ixrac edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 437 milyon ABŞ dolları və ya 9,6% azalsa da, həcm ifadəsində 66 milyon kubmetr və ya 0,5% artıb.

Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft məhsulları ixracı 5,548 milyard ABŞ dolları təşkil edib. Hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,794 milyard ABŞ dolları və ya 3,2 dəfə artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,7 milyard dolları ötüb — Fins.az — Fins.az