Azərbaycanın xarici ticarət dövriyyəsi 17,8 milyard dollar olub

Azərbaycanın xarici ticarət dövriyyəsi 17,8 milyard dollar olub

BİZNES
431

Bakı, 18 noyabr Fins.az

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 17 milyard 830,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 10 milyard 6,8 milyon dollar, idxalın dəyəri 7 milyard 823,5 milyon dollar təşkil edib, nəticədə 2 milyard 183,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,2 faiz, real ifadədə 22 faiz, o cümlədən idxal 38,7 faiz, ixrac isə 10 faiz azalıb. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın xarici ticarət dövriyyəsi 17,8 milyard dollar olub — Fins.az — Fins.az