
Azərbaycanın xarici ölkələrdən aldığı kondisionerlərin sayı azalıb
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana kondisioner idxalı 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 62,5% - 16,446 min ədədə qədər azalıb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 5 milyon 191,5 min dollar məbləğində qiymətləndirilir.Bu göztərici ötən ilin müvafiq dövrü ilə müqaisədə 51,3% azalmanın müşahidə edildiyinin göstəricisidir.
Yanvar-aprel aylarında Azərbaycana $28 milyon 180 min dəyərində (artım 18%) 210,3 min ədəd (artım 32,8%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Müəllif:Aynur Qəniyeva