Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın xarici dövlət borcu azalıb

BİZNES
283

Fins.az - 2026-cı ilin martın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 728 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin strateji valyuta ehtiyatları 2026-cı il martın 1-nə 90 milyard 667,7 milyon ABŞ dollarına çatıb və xarici dövlət borcunu 19,2 dəfə üstələyir.

Mərkəzi Bankın məlumatına əsasən, 2026-cı il fevralın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 31 milyard 863,7 milyon manat təşkil edib. Onun 26 milyard 171,6 milyon manatı uzunmüddətli kreditlər olub, ödəmə vaxtı keçmiş kreditlərin payı isə 1,7 faiz təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın xarici dövlət borcu azalıb — Fins.az — Fins.az