
Azərbaycanın Türkiyəyə xam neft ixracı 3,2 dəfə artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 47,1 min ton xam neft və bitumlu süxurlardan əldə edilən neft məhsulları ixrac olunub.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın dəyəri 22,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində artım 14,7 milyon dollar və ya 3 dəfə, həcm üzrə isə 32,3 min ton və ya 3,2 dəfə çox olub. Belə ki, 2025-ci ilin yanvar-fevral aylarında ixrac 14,8 min ton və 7,4 milyon dollar dəyərində həyata keçirilmişdi.
Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.
Xarici ticarətin ümumi həcminin 3,665 milyard dolları ixracın, 2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb. Nəticədə 933,6 milyon dollar müsbət saldo yaranıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.