
Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi $1,3 milyarda yaxın olub
Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 1 milyard 32 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% azdır.
Hesabat dövründə Qazaxıstanla ticarət dövriyyəsi 65,5 milyon dollar olub. Bunun 24,3 milyon dolları ixracın, 41,2 milyon dolları isə idxalın payına düşüb. Ümumilikdə ticarət dövriyyəsi 8,8% azalsa da, idxal 30,9% geriləyib, ixrac isə 2 dəfə artıb.
Özbəkistanla ticarət dövriyyəsi isə 58,6 milyon dollar təşkil edib. Bunun 19,4 milyon dolları ixrac, 39,2 milyon dolları idxal olub. Bu ölkə ilə ticarət dövriyyəsi 9,7% azalıb, idxal 34,1% azalsa da, ixrac 3,5 dəfədən çox artıb.
Ümumilikdə, idxalda azalma müşahidə olunsa da, bəzi ölkələr üzrə ixracın artması diqqət çəkir.