Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsi 1,01 milyard dollar olub

Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsi 1,01 milyard dollar olub

BİZNES
375

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 1,011 milyard ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 132,8 milyon dollar və ya 11,6% azalıb.

Hesabat dövründə TDT ölkələri ilə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16,1%-ni təşkil edib. Ölkələr üzrə ticarət dövriyyəsi belə olub: Türkiyə – 877,1 milyon dollar (12,7% azalma), Qırğızıstan – 9,9 milyon dollar (3,8 dəfə artım), Qazaxıstan – 65,6 milyon dollar (8,8% azalma), Özbəkistan – 58,7 milyon dollar (9,7% azalma).

Türk Dövlətləri Təşkilatı 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış “Naxçıvan Sazişi” ilə yaradılıb. Təşkilat 2021-ci ildən “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir və hazırda 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi statusuna malikdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsi 1,01 milyard dollar olub — Fins.az — Fins.az