Azərbaycanın strateji valyuta ehtiyatları artıb

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

BİZNES
250

2026-cı il mayın 1-nə olan məlumata əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları 87 milyard 916,2 milyon ABŞ dolları səviyyəsinə yüksəlib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artım deməkdir.

Hesabat dövründə ölkənin valyuta ehtiyatlarında artım dinamikası davam edib. Təkcə 2026-cı ilin aprel ayında strateji valyuta ehtiyatları 2 milyard 765,1 milyon ABŞ dolları artıb.

Məlumata görə, 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın strateji valyuta ehtiyatları artıb — Fins.az — Fins.az